NAXÇIVAN :

02 May 2026, Şənbə

Naxçıvan Dövlət Texniki Kollecində əməyin mühafizəsi üzrə təlim keçirilib

...

Noyabrın 27-də "Naxçıvan Təlim Mərkəzi" publik hüquqi şəxsin və “Əməyin Mühafizəsi Mərkəzi” publik hüquqi şəxsin Naxçıvan filialının birgə təşkilatçılığı ilə Naxçıvan Dövlət Universitetinin nəzdində fəaliyyət göstərən Naxçıvan Dövlət Texniki Kollecində əhatəli maarifləndirici təlim keçirilib.
Təlimdə kollecin müəllim heyəti və tələbələri daxil olmaqla, ümumilikdə, 112 nəfər iştirak edib. Tədbir "Əməyin Mühafizəsi Mərkəzi" publik hüquqi şəxsin Naxçıvan filialının müdiri Ruslan Ələkbərovun çıxışı ilə başlanıb. O, əmək mühafizəsi sahəsində mövcud qanunvericiliyin tələbləri, istehsalat və təhsil mühitində potensial risklərin müəyyənləşdirilməsi, iş yerlərinin attestasiyası və təhlükəsiz davranış mədəniyyətinin formalaşdırılması kimi məsələlər barədə ətraflı məlumat verib.
Daha sonra mərkəzin əməkdaşı Mahmud Rzalı təqdimatla çıxış edərək fövqəladə hallarda davranış qaydaları, təhlükə mənbələrinin vaxtında aşkarlanması, müəllim və tələbə kollektivində sağlam və təhlükəsiz mühitin qorunması ilə bağlı praktik nümunələr əsasında izahlar təqdim edib.
Təlim çərçivəsində iştirakçılara əmək təhlükəsizliyi standartlarının tətbiqi, profilaktik tədbirlərin icrası və müasir idarəetmə yanaşmaları barədə məlumat verilib. Sessiya sual-cavab formatında davam edib və iştirakçıların mövzu ilə bağlı fikir və təklifləri dinlənilib.

Nəşr edilib : 27.11.2025 19:02