NAXÇIVAN :

11 Mart 2025, Çərşənbə axşamı

Naxçıvan Dövlət Milli Dram Teatrı Bakı şəhərində diplomla təltif olunub

...

“Şərq qapısı” xəbər verir ki, oktyabrın 29-dan etibarən Akademik Milli Dram Teatrı Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin və Azərbaycan Dövlət Televiziyasının dəstəyi ilə “Bölgə teatrlarının Bakı premyeraları” adlı layihəsinə başlayıb. Layihənin məqsədi teatrların yaradıcı həyatını stimullaşdırmaq, bölgə teatrlarında hazırlanan səhnə əsərlərini paytaxt tamaşalarına təqdim etməkdir. 
Belə ki, fevralın 10-da layihənin qonağı Naxçıvan Dövlət Milli Dram Teatrı olub və görkəmli yazıçı, dramaturq Cəlil Məmmədquluzadənin “Ölülər” əsəri əsasında rejissor Mir Qabil Əkbərovun quruluş verdiyi eyniadlı tamaşa nümayiş olunub. 
Martın 10-u Milli Teatr Gününə həsr olunmuş tədbirdə Akademik Milli Dram Teatrının rəhbəri, Dövlət mükafatı laureatı Mehriban Ələkbərzadə Naxçıvan Dövlət Milli Dram Teatrının direktoru və tamaşanın quruluşçu rejissoru Mir Qabil Əkbərova Akademik Milli Dram Teatrının diplomunu təqdim edib.

Aidə İBRAHİMOVA

Nəşr edilib : 10.03.2025 23:25