Prezident İlham Əliyevin dəstəyi ilə Naxçıvanda sa...
23:51 06.02.2026
0
0
0
Naxçıvan Dövlət Kukla Teatrında ilk dəfə olaraq monotamaşa layihəsi təqdim olunub. “İlk addım” adlanan layihənin müəllifi və rəhbəri, teatrın direktoru Səyyad Məmmədov kukla teatrında nümayiş olunan ilk monotamaşa haqqında fikirlərini “Şərq qapısı” qəzeti ilə bölüşüb:
“Dünən, layihə çərçivəsində iki monotamaşa – “Balaca Şahzadə” və “Məhv olmuş gəncliyim” tamaşaçılara təqdim edildi. Hər iki əsər insanın mənəvi dünyasına, həyatın mənasına və gəncliyin qarşılaşdığı sosial-psixoloji problemlərə toxunur.
Tamaşalar səmimi, peşəkar aktyor oyunu, işıq və musiqi həlli ilə seçilərək, tamaşaçılar tərəfindən böyük maraq və alqışlarla qarşılanıb”.
Həmçinin Səyyad Məmmədov bildirib ki, layihənin əsas məqsədi Naxçıvanda teatr sənətinin janr müxtəlifliyini artırmaq və aktyorların fərdi yaradıcılıq potensialını üzə çıxarmaqdır
Rafiq TƏHMƏZ
Digər xəbərlər