NAXÇIVAN :

21 Avqust 2026, Cümə

Naxçıvan Dövlət Kukla Teatrı yeni mövsümə yeni tamaşalarla hazırlaşır

...

Naxçıvan Dövlət Kukla Teatrında yeni teatr mövsümünə hazırlıq işləri davam etdirilir.
“Şərq qapısı” xəbər verir ki, hazırda yeni mövsüm üçün nəzərdə tutulan dörd yeni tamaşanın – “Alın təri”, “Palata”, “Pələng” və “Qarğanın tələsi” əsərlərinin səhnə məşqləri keçirilir.
Yeni səhnə əsərlərinin repertuara daxil edilməsi müxtəlif yaş qruplarından olan tamaşaçıların maraqlarına uyğun repertuarın formalaşdırılması baxımından əhəmiyyət daşıyır. Hazırlanan tamaşalar arasında həm uşaqlar, həm də böyüklər üçün nəzərdə tutulan səhnə əsərləri yer alır.
Səhnə məşqləri zamanı obrazların xarakterlərinin açılması, aktyor ifasının təkmilləşdirilməsi, kuklaların idarə olunması, dekorasiya, musiqi və işıq kimi səhnə elementlərinin uyğunlaşdırılması istiqamətində iş aparılır.
Naxçıvan Dövlət Kukla Teatrı yeni mövsümdə həm balaca tamaşaçıları, həm də böyükləri əhatə edən repertuarla çıxış etməyi planlaşdırır.

Nəşr edilib : 21.08.2026 13:07