NAXÇIVAN :

21 Noyabr 2024, Cümə axşamı

“Naxçıvan dilçilik məktəbi” kitabı nəşr olunub

...

AMEA-nın Naxçıvan Bölməsi İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun direktoru Əbülfəz Quliyevin və Nəsimi adına Dilçilik İnstitutunun Terminologiya şöbəsinin müdiri Sayalı Sadıqovanın həmmüəllifliyi ilə “Naxçıvan dilçilik məktəbi” kitabı nəşr olunub.

Dilçilik İnstitutundan bildirilib ki, əsər akademik Möhsün Nağısoylunun elmi redaktorluğu və bir sıra tanınmış alimlərin rəyləri əsasında nəşr edilib.

Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyinə həsr olunan kitabda Azərbaycan dilçiliyinə böyük töhfələr verən Naxçıvan dilçilik məktəbinin tarixi və alimləri haqqında geniş məlumat yer alıb. Naxçıvanda yetişən alimlərin Azərbaycan dilinin tarixini, qədim abidələrini, müasir ədəbi dilini, elmi irsini və tarixi qaynaqlarını tədqiq edib üzə çıxarılmasında, beynəlxalq səviyyədə tanınmasında, eləcə də dünya dilçiliyində aparıcı yer tutan yeni sahələrin tədqiqində mühüm rolu var.

Kitabda Azərbaycan dilçiliyinin müxtəlif istiqamətlərində tədqiqat aparan Naxçıvan dilçilərinin həyat və yaradıcılığı, eləcə də dilçilik elminin inkişaf istiqamətləri ilə bağlı tədqiqatları ətraflı şəkildə təqdim olunub.

Bu əsər tələbələr, müəllimlər və tədqiqatçılar üçün dəyərli bir mənbədir.

Nəşr edilib : 18.11.2024 16:16