NAXÇIVAN :

12 Dekabr 2024, Cümə axşamı

Naxçıvan cüdoçuları ölkəmizi beynəlxalq turnirdə uğurla təmsil edib

...

Türkiyənin Samsun şəhərində “XX Uluslararası Karadeniz Judo Şampiyonası” adlı beynəlxalq cüdo turniri keçirilib. Avqustun 30-dan sentyabrın 1-dək davam edən yarışda ev sahibi Türkiyə ilə yanaşı, Azərbaycan və Gürcüstandan ümumilikdə 700-dən çox idmançı qatılıb. Ölkəmizi yarışda təmsil edən Naxçıvan cüdoçuları 2 qızıl, 4 gümüş medal qazanıblar. Komandamız ümumi sıralamada üçüncü olub.

Naxçıvan Güləş Federasiyasının tərkibindəki cüdo yığma komandasının baş məşqçisi Orxan Quliyev və məşqçi Xəyal Qəhrəmanovun rəhbərliyində 10 idmançımız turnirdə iştirak edib. Təmsilçilərimizdən 6-sı mükafatçılar sırasına düşüb.

Nəticələrə əsasən Ziya Əsədli (26 kq) və Bilal Quliyev (30 kq) 13 yaşadək cüdoçular arasında öz çəkilərində birinci olmaqla fəxri kürsünün ən yüksək pilləsinə yüksəliblər. Ayaz Əliyevlə (30 kq) Pərvin İsmayılov (34 kq) həmin yaş kateqoriyaslnda ikinci olublar. 15 yaşadək cüdoçular arasında çıxış edən digər iki idmançımız – Mətin Salahov və Sərxan Allahverdiyev də gümüş medalçı yarışı tamamlayıblar.

Nəşr edilib : 02.09.2024 13:28