Ulu Öndər Heydər Əliyev və Azərbaycan dili
17:29 21.04.2025
0
0
0
Qusarda kros qaçışı üzrə yaz ölkə çempionatı keçirilib. Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən “Şərq qapısı”na verilən məlumata görə, yarışda paytaxt təmsilçiləri ilə yanaşı, Gəncə, Bərdə, Gədəbəy, İsmayıllı, Astara, Siyəzən, Şabran, Quba, Qusar, Xaçmaz və Ordubaddan olan 100 atlet mübarizə aparıb.
Yarışda muxtar respublikadan iki idmançı qatılıb və hər ikisi ölkə çempionluğuna nail olub. Əmrah Nağıyev 10 km məsafədə 34 dəqiqə 14 saniyəlik, Namiq Babayev isə 2 km məsafədə 6 dəqiqə 15 saniyəlik göstəricilərlə qızıl medala sahib çıxıblar. Əmrah 10 km məsafədə şəxsi rekordunu (00:35:36) yeniləyib.
Xatırladaq ki, həmin atletlərimiz sonuncu dəfə bu ilin fevralında keçirilən atletika üzrə Azərbaycan çempionatlarında da birinci olmuşdular.
Digər xəbərlər