NAXÇIVAN :

08 Sentyabr 2026, Çərşənbə axşamı

Muzeylərə 398 yeni eksponat və maddi mədəniyyət nümunəsi təqdim olunub

...

Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən muzeylərin yeni eksponatlarla zənginləşdirilməsi və muzey xidmətinin yüksək səviyyədə təşkili məqsədilə görülən işlərin nəticəsi olaraq 2026-cı ilin avqust ayında muzey fondlarına 185 yeni eksponat daxil olub.
Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyindən “Şərq qapısı”na bildirilib ki, Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 2015-ci il 3 iyul tarixli 46 nömrəli Qərarı ilə təsdiq edilmiş “Naxçıvan Muxtar Respublikası ərazisində arxeoloji qazıntılar aparan və arxeoloji mədəni sərvətlərin tədqiqi məqsədilə onlarla təmasda elmi tədqiqat işlərini yerinə yetirən şəxslər tərəfindən aparılmış tədqiqat işləri barədə hesabat verilməsi Qaydası”na əsasən muxtar respublika ərazisində AMEA Naxçıvan Bölməsinin alim və tədqiqatçılar tərəfindən aparılmış arxeoloji qazıntılar zamanı tapılan 213 maddi mədəniyyət nümunəsi də avqust ayı ərzində muzeylərə təqdim edilib.

Nəşr edilib : 08.09.2026 09:50