Naxçıvanda kiçik, orta və iri sahibkarlıq subyektl...
16:56 22.04.2025
0
0
0
NAXÇIVAN :
22 Aprel 2025, Çərşənbə axşamı
(əvvəli https://www.serqqapisi.az/butun-xeberler/muxtariyyet-tarixinde-edliyyenin-yeri)
Muxtar respublikada Ədliyyə Nazirliyinin strukturuna daxil olan Penitensiar Xidmət də, öz növbəsində, cəza-icra siyasətinin həyata keçirilməsinə müsbət təsirini göstərmişdir. Məhkumların saxlanma şəraitinin beynəlxalq standartlara uyğunlaşdırılması və onların yaşayış yerlərinə yaxın ərazilərdə saxlanılması istiqamətində tədbirlər görülmüşdür. Qeyd olunmalıdır ki, Qarışıq Rejimli Cəzaçəkmə Müəssisəsi ölkəmizdə ilk dəfə olaraq muxtar respublikada istifadəyə verilmiş və məhkumluq həyatı yaşayan insanların müxtəlif peşələr üzrə kurslara cəlbi və azadlığa buraxıldıqdan sonra öz peşələrinə uyğun işlə təmin olunması da diqqət mərkəzində saxlanılmışdır.
Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi ədliyyə sahəsində dövlət siyasətini və idarəetməni həyata keçirir, əhalinin hüquqi maarifləndirilməsində yaxından iştirak edir, qeyri-kommersiya hüquqi şəxslərin dövlət qeydiyyatına və dövlət reyestrinə, penitensiar sistemə, notariat və qeydiyyat orqanlarının fəaliyyətinə rəhbərlik edir. Bununla bərabər nazirlik həm də məhkəmələrin və digər orqanların qərarlarının icrasını, bələdiyyələrə metodoloji yardım və inzibati nəzarəti, məhkəmə ekspertizalarının keçirilməsini və digər vəzifələri təmin edir.
Muxtar respublikada Ədliyyə Nazirliyinin strukturuna daxil olan Məhkəmə Ekspertizası Mərkəzi də fəaliyyət göstərir. Məlumdur ki, məhkəmə ekspertizası mülki, cinayət və digər işlər üzrə həyata keçirilən elm, texnika, incəsənət, sənətkarlıq və başqa sahələr üzrə xüsusi bilik əsasında sübut əhəmiyyətinə malik olan faktiki halların müəyyənləşdirilməsindən ibarətdir.
Ümumilikdə, 11 növ 16 ixtisas üzrə fəaliyyət göstərən mərkəzdə ballistik, trasoloji, narkotik vasitələr, yol-hərəkət hadisələri, tikinti-texniki, əmtəəşünaslıq, xətşünaslıq və başqa növlər üzrə daxil olan işlər qanunvericiliklə müəyyən olunmuş müddətdə başa çatdırılır və qoyulan sualların həllinə nail olunur. Bununla yanaşı, zəruri sahələr üzrə mütəxəssislərin hazırlanması məqsədilə ekspertlər davamlı olaraq təlimlərə cəlb edilir və ekspertiza sahələri üzrə qabaqcıl ölkələrin təcrübəsi öyrənilir.
Qeyd edək ki, “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidenti 2017-ci il 10 fevral tarixli Sərəncam imzalamışdır. Sərəncamın məqsədi ölkəmizin inkişafı və əldə edilən hərtərəfli uğurlar fonunda cəza siyasətinə, cinayət qanunvericiliyinə, məhkumların hüquqlarının təminatı məsələlərinə baxışın yenilənməsi, penitensiar sistemin fəaliyyətinin təkmilləşdirilməsi, bu sahədə dünyada mövcud olan təcrübələrin tətbiqidir. Sərəncamın əsas məqsədlərindən biri də cinayət törətmiş şəxsləri cəmiyyətdən təcrid etmədən islah olunmasını təmin etmək üçün şəraitin yaradılmasıdır. Cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan cəzaların icrasına effektiv nəzarətin təşkili və bu sahədə idarəetmənin səmərəliliyinin artırılması məqsədilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Probasiya Xidməti yaradıldı. Qeyd edək ki, tədbirlərin davamı kimi Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin 2018-ci il 18 may tarixli Fərmanı ilə Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyində Probasiya sahəsində fəaliyyət istiqaməti yaradılmışdır.
Dahi öndərin ideyalarının hərtərəfli və geniş təbliğində ölkə Prezidenti cənab İlham Əliyevlə yanaşı, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın da mühüm fəaliyyəti var. Onun təşəbbüsü əsasında gerçəkləşmiş amnistiya aktları cəmiyyətdə ürəkdən dəstəklənmiş, təqdir edilmişdir. Bu amnistiya aktlarının tətbiq edildiyi şəxslər içərisində Naxçıvan Muxtar Respublikasında Qarışıq Rejimli Cəzaçəkmə Müəssisəsində də cəzaçəkən şəxslər olmuşdur.
Naxçıvanda aparılan islahatlardan ədliyyə sistemi də pay alır
Ölkəmizdə aparılan ardıcıl hüquqi islahatlar, eləcə də ədliyyə sisteminin təkmilləşdirilməsi istiqamətində görülən tədbirlər Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyinin fəaliyyətinin də müasir çağırışlara uyğun qurulmasını şərtləndirir.
Məlumdur ki, Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 5 iyun tarixli Sərəncamı ilə “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı” təsdiq edilib. Dövlət Proqramının məqsədi davamlı iqtisadi artımın təmin edilməsi və vətəndaşların həyat səviyyəsinin yaxşılaşdırılması sayəsində Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafının sürətləndirilməsi və ölkə iqtisadiyyatına tam inteqrasiyasının təmin edilməsidir.
Ədliyyə orqanları ölkədə aparılan islahatlar fonunda inkişaf edir və təkmilləşdirilir. Belə ki, ölkə Prezidentinin “Ədliyyə orqanlarının inkişafı haqqında” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 17 avqust tarixli 446 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə” 2024-cü il 4 iyun tarixli Fərmanı ilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin strukturunda dəyişiklik edilmiş və yenidən formalaşdırılmışdır. Ardıcıl tədbirlərin davamı olaraq Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin 2024-cü il 24 dekabr tarixli “Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Fərmanı ilə nazirliyin strukturu Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin strukturuna uyğunlaşdırılmışdır. Əminik ki, bu dəyişiklik ədliyyə orqanlarının komplektləşdirilməsinə və çevik idarəetmənin təmin olunmasına xidmət edəcək. Bu da hər bir ədliyyə işçisinə stimul verir ki, üzərinə düşən vəzifələrin öhdəsindən layiqincə gəlsin, öz fəaliyyəti ilə ölkəmizin inkişafına töhfəsini versin.
Ədliyyə orqanları geniş fəaliyyət sahəsinə malikdir. Belə ki, dövlətin kiçik özəyi kimi ailənin qurulmasında ilk addım ədliyyə orqanında nikahın qeydiyyata alınması ilə başlayır. Dünyaya ilk gələn insana doğum haqqında şəhadətnamə də məhz ədliyyə orqanı tərəfindən verilir. Eyni zamanda müxtəlif fəaliyyət istiqamətləri – nikahın pozulması, ölümün qeydiyyatı, vərəsəliklə bağlı münasibətlər və bu kimi digər məsələlər üzrə vətəndaşlar daim ədliyyə fəaliyyəti ilə təmasda olurlar. Yəni insan yarandığı gündən son günədək ədliyyə ilə bağlılığı vardır. Buna görə də ədliyyə, demək olar ki, dövlətin varlığı ilə sıx bağlı bir orqandır. Bir sözlə, dövləti ədliyyəsiz hesab etmək mümkünsüzdür.
Muxtar respublikada bu gün Dövlət proqramları və infrastruktur layihələri uğurla gerçəkləşir, ölkənin iqtisadi qüdrətinin artırılmasında, intellektual potensialın gücləndirilməsində, insanların hüquq və azadlıqlarının təmin olunmasında yaxından iştirak edir. Naxçıvan Muxtar Respublikasının Ədliyyə orqanları bundan sonra da üzərinə düşən məsul işlərin həyata keçirilməsində yüksək səviyyədə iştirak edəcəkdir.
Hüseyn SƏFƏROV
Naxçıvan Muxtar Respublikasının ədliyyə naziri vəzifəsini icra edən, nazir müavini
Digər xəbərlər