NAXÇIVAN :

25 Yanvar 2025, Şənbə

Muxtar respublikada yeni açılan iş yerlərinin sayı məlum olub

...

Naxçıvan Muxtar Respublikasında həyata keçirilən tədbirlər, ölkə başçısı cənab İlham Əliyev tərəfindən təsdiq olunmuş “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”nın icrası iqtisadi və sosial məsələlərin həllinə, əhalinin gəlirlərinin artırılmasına, işsizlik səviyyəsinin minimuma endirilməsinə hesablanıb. 

Şərq qapısı” xəbər verir ki, bu istiqamətdə görülən işlərin nəticəsi olaraq 2024-cü ildə muxtar respublikada 2191 yeni iş yeri açılıb ki, bu da 2023-cü illə müqayisədə 2 dəfə çoxdur. Açılan iş yerlərinin 1205-i dövlət sektorunda, 986-sı isə qeyri-dövlət sektorunda qeydə alınıb. Yeni yaradılan 129 müəssisə və təşkilatda 1744, mövcud 62 müəssisə və təşkilatda isə 447 iş yeri açılıb.

Ümumi açılan iş yerlərinin 1797-si Naxçıvan şəhərinin, 136-sı Şərur, 105-i Babək, 47-si Ordubad, 35-i Culfa, 18-i Kəngərli, 20-si Şahbuz və 33-ü Sədərək rayonlarının payına düşüb.

Açılan iş yerlərinin 25,8 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 0,1 faizi mədənçıxarma sənayesi, 3,3 faizi emal sənayesi, 14,7 faizi tikinti, 12,9 faizi ticarət, nəqliyyat vasitələrinin təmiri, 2,2 faizi nəqliyyat və anbar təsərrüfatı, 2,5 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə, 1,2 faizi informasiya və rabitə, 0,8 faizi maliyyə və sığorta fəaliyyəti, 1,1 faizi daşınmaz əmlakla əlaqədar əməliyyatlar, 10,1 faizi peşə, elmi və texniki fəaliyyət, 1,1 faizi inzibati və yardımçı xidmətlərin göstərilməsi, 14,7 faizi dövlət idarəetməsi və müdafiə, sosial təminat, 1,1 faizi təhsil,   6,7 faizi əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 0,4 faizi istirahət, əyləncə və sosial xidmətlər və 1,3 faizi digər sahələrdə xidmətlərin göstərilməsi sahələrində olub.

Məlumat üçün bildirək ki, açılan iş yerləri haqqında göstəricilər müəssisə və təşkilatların Dövlət Statistika Komitəsinin elektron informasiya sisteminə daxil etdikləri məlumatlara əsasən əldə olunur.

Nəşr edilib : 24.01.2025 16:05