NAXÇIVAN :

05 Dekabr 2024, Cümə axşamı

Muxtar respublikada ümumi daxili məhsul istehsalı artıb

...

Cari ilin yanvar-avqust aylarında muxtar respublikada ümumi daxili məhsul istehsalı 950 milyon 248 min 700 manat olub ki, bu da 2023-cü ilin müvafiq dövründəki göstəricidən 0,6 faiz çoxdur. Bu dövr ərzində əhalinin hər nəfərinə düşən ümumi daxili məhsul istehsalı 0,1 faiz artaraq 2 024,8 manat olub.
Bu barədə "Şərq qapısı"na Naxçıvan Muxtar Respublika Dövlət Statistika Komitəsindən məlumat verilib. Eyni zamanda, bildirilib ki, 2024-cü ilin yanvar-avqust aylarında muxtar respublikada 335 milyon  493 min manatlıq sənaye məhsulu istehsal edilib ki, bu da 2023-cü ilin müvafiq dövründəki göstəricini 1,9 faiz üstələyib. Sənaye məhsulunun 299 milyon 173 min 600 manatı və ya 89,2 faizi malların, 36 milyon 319 min 400 manatı və ya 10,8 faizi isə xidmətlərin payına düşmüşdür. 
Sənaye məhsulunun 0,2 faizi mədənçıxarma, 83,9 faizi emal, 14,6 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 1,3 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorlarında istehsal olub.

Nəşr edilib : 11.09.2024 14:45