Azərbaycan “Şimal-Cənub” dəhlizinin bir hissəsinin...
21:08 22.11.2024
0
0
0
5-6 dekabr tarixlərdə Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin təşkilatçılığı, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi və Milli Onkologiya Mərkəzinin dəstəyi ilə Naxçıvan Muxtar Respublikasında onkoloji müayinələr və əməliyyatlar həyata keçiriləcək.
Bu əhəmiyyətli tədbir Naxçıvan Sağlamlıq Mərkəzində baş tutacaq və erkən diaqnozun əhəmiyyətini vurğulayan müayinələr və müasir tibbi əməliyyatlarla insanların sağlamlığına töhfə verməyi hədəfləyir.
Aksiyanın məqsədi xərçəngin erkən mərhələlərdə aşkarlanması, müalicə imkanlarının artırılması və insanlara sağlam gələcək üçün yeni ümidlər bəxş etməkdir. Naxçıvanda onkoloji sahədə keyfiyyətli xidmətlərin təqdim edilməsi, bu sahədəki bilik və təcrübənin artırılması da bu tədbirin önəmli məqsədlərindəndir.
Digər xəbərlər