NAXÇIVAN :

10 Yanvar 2025, Cümə

Muxtar respublikada hərrac və müsabiqələrdən büdcəyə daxilolmalar 4 dəfə artıb

...

Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində “Hərracların Təşkili Mərkəzi” publik hüquqi şəxs tərəfindən 2024-cü ildə 149 əmlak üzrə hərrac və müsabiqələr keçirilib.
Nazirliyin mətbuat xidmətindən "Şərq qapısı"na bildirilib ki, ötən il ərzində dövlət əmlakının satışı üzrə keçirilən hərraclardan muxtar respublika büdcəsinə daxilolmalar 2023-cü illə müqayisədə 4 dəfə artaraq 1,4 milyon manat, bələdiyyə torpaqlarının satışı üzrə daxilolmalar isə 87,8 faiz artaraq 409,7 min manat olub.

Nəşr edilib : 09.01.2025 15:32