NAXÇIVAN :

27 Dekabr 2024, Cümə

Muxtar respublikada əsas kapitala vəsait qoyuluşu 4,6 faiz artıb

...

Cari ilin yanvar-oktyabr aylarında iqtisadiyyatın və sosial sahələrin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 134 milyon 411 min 300 manat vəsait yönəldilib ki, bu da bir il öncəki göstəricini 4,6 faiz üstələyib. 

Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsinin mətbuat xidmətindən “Şərq qapısı”na bildirilib ki, istifadə olunmuş vəsaitin 30 milyon 188 min 400 manatı və ya 22,4 faizi məhsul istehsalı sahələrinə, 26 milyon 42 min 700 manatı və ya 19,4 faizi xidmət sahələrinə, 78 milyon 180 min 200 manatı və ya 58,2 faizi isə yaşayış evlərinin tikintisinə sərf olunub. Əsas kapitala vəsait qoyuluşunun 112 milyon 25 min 900 manatı və ya 83,3 faizi tikinti-quraşdırma işlərinin payına düşüb ki, bu da 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 7,7 faiz çoxdur.

Nəşr edilib : 18.11.2024 14:38