Bozumbayev: Rusiya və Azərbaycan aviaqəzanın krimi...
22:12 26.12.2024
0
0
0
Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində “Hərracların Təşkili Mərkəzi” publik hüquqi şəxs tərəfindən avqustun 29-da dövlət mülkiyyətində olan qeyri-yaşayış sahələrinin özəlləşdirilməsi ilə bağlı növbəti hərrac keçirilib. Hərracda muxtar respublikanın Şərur, Ordubad, Babək və Culfa rayonlarından müxtəlif xidmət sahələrinə aid, dövlət mülkiyyətində olan qeyri-yaşayış sahələri satışa çıxarılıb.
Özəlləşdirilməyə çıxarılan 8 qeyri-yaşayış sahəsindən 7-si hərrac yolu ilə satılıb, 1 qeyri-yaşayış sahəsinin hərracı isə sifarişçi olmadığından baş tutmamış hesab olunub. Qeyd edək ki, maraqlı şəxslər hərraca çıxarılan əmlakların və hərracda iştirakla bağlı tələb olunan sənədlərin tam siyahısı ilə Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin və Xidmətin tabeliyində olan “Hərracların Təşkili Mərkəzi” publik hüquqi şəxsin rəsmi internet saytından, sosial şəbəkə hesablarından tanış ola bilərlər.
Digər xəbərlər