NAXÇIVAN :

17 Avqust 2026, Bazar ertəsi

Muxtar respublika ərazisində hava şəraiti dəyişəcək

...

Naxçıvan Muxtar Respublikası ərazisində iyunun 24-ü axşam saatlarından başlayaraq hava şəraitinin dəyişəcəyi və iyunun 28-dək qeyri-sabit keçəcəyi gözlənilir.
Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyindən "Şərq qapısı"na verilən məlumata görə, ayrı-ayrı yerlərdə yağıntıların intensiv olacağı, şimşək çaxacağı və dolu düşəcəyi ehtimal olunur. Qərb küləyi bəzi ərazilərdə 18-23 m/s-dək güclənəcək.
Havanın temperaturunun gecə 18-23°, gündüz isə 32-37° isti olacağı gözlənilir.
Vətəndaşlardan hava şəraiti ilə əlaqədar diqqətli olmaları və zəruri təhlükəsizlik qaydalarına əməl etmələri xahiş olunur.

Nəşr edilib : 23.06.2026 17:50