NAXÇIVAN :

03 Dekabr 2024, Çərşənbə axşamı

Muxtar Babayev Yeni Zelandiya səfiri ilə COP29-a hazırlığı müzakirə edib

...

Yeni Zelandiyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Zoe Daun Kolson-Sinkler ilə ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev arasında görüş keçirilib.

Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, görüş zamanı Azərbaycanın bu il ev sahibliyi edəcəyi BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) hazırlıq tədbirləri müzakirə olunub və gələcək əməkdaşlıq perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.

Nəşr edilib : 06.03.2024 16:28