NAXÇIVAN :

15 Iyul 2025, Çərşənbə axşamı

Muxtar Babayev və ÜST rəhbəri iqlim gündəliyində səhiyyənin rolunu müzakirə ediblər

...

COP29-un prezidenti Muxtar Babayev Ümumdünya Səhiyyə Təşkilatının baş direktoru Tedros Adhanom Qebreyesus ilə iqlim gündəliyində səhiyyənin rolunu müzakirə edib.

"Şərq qapısı" xəbər verir ki, bu barədə COP29-un "X" sosial şəbəkəsindəki rəsmi səhifəsində bildirilib.

"Tərəflər milli iqlim planlarının növbəti mərhələsinin həm dekarbonizasiya və davamlı inkişafa necə töhfə verə biləcəyini, həm də səhiyyə tədbirlərinin bu sənədlərə inteqrasiyasını müzakirə ediblər", - məlumatda qeyd olunub.

Nəşr edilib : 02.07.2025 15:44