NAXÇIVAN :

23 Noyabr 2024, Şənbə

Muxtar Babayev Millətlər Birliyinin nümayəndələri ilə COP29-a hazırlığı müzakirə edib

...

Ekologiya və təbi sərvətlər naziri, COP29-un prezidenti Muxtar Babayev videobağlantı vasitəsilə Millətlər Birliyinin konfransında iştirak edib. Konfransda inkişaf etməkdə olan kiçik ada ölkələrinin üzləşdiyi iqlim problemləri müzakirə olunub.

Bu barədə COP29-un "X" sosial şəbəkəsindəki rəsmi səhifəsində deyilir.

“COP29 Sədrliyi Birlik ölkələri ilə birgə inkişaf etməkdə olan kiçik ada dövlətlərinin (SIDS) iqlim müzakirələrinin mərkəzində olması üzərində işləyir. Birlik ölkələrinin hökumət başçılarının iclasında çıxış edən M.Babayev SIDS-in COP29-da iştirakında Azərbaycanın maraqlı olduğunu təsdiqləyib. Bu təşəbbüslər COP29 Sədrliyinin iqlim dəyişikliyindən ən çox təsirlənən ölkələrin səsinin eşidilməsini təmin etmək öhdəliyinə sadiqliyini əks etdirir”, - məlumatda qeyd olunub.

Nəşr edilib : 23.10.2024 14:02