Gürcüstan Prezidenti aprelin 15-də Azərbaycana səf...
20:52 11.04.2025
0
0
0
Bu gün Şahbuz Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə rayondakı “Müstəqil Azərbaycanın hüquqi bünövrəsi” mövzusunda geniş tədbir keçirilib.
Tədbir iştirakçıları Ulu Öndər Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
Daha sonra Şahbuz Rayon İcra Hakimiyyəti başçısı Aparatının Hüquq şöbəsinin müdiri Sevindik Abdullayev tədbiri açaraq Azərbaycanın müstəqillik dövründə hüquqi sisteminin təməl prinsiplərinin formalaşması, bu sahədə görülən islahatlar və əldə olunan uğurlardan danışıb.
Tədbirdə çıxış edən Şahbuz Rayon Polis Şöbəsinin əməkdaşı Nicat Hüseynov ölkədə hüquq-mühafizə orqanlarının rolu və vətəndaşların hüquqlarının qorunması istiqamətində görülən tədbirlər haqqında məlumat verib. O, hüquqi-maarifləndirmənin əhəmiyyətini vurğulayaraq, hüquq-mühafizə sisteminin daha da təkmilləşdirilməsi istiqamətində atılan addımlara diqqət çəkib.
Şahbuz Rayon Təhsil Şöbəsinin aparıcı məsləhətçisi Gülnar Əlizadə çıxışında hüquqi maarifləndirmənin təhsil sistemindəki rolu, məktəblərdə hüquqi biliklərin artırılması istiqamətində aparılan işlər və bu sahədə gələcək planlar haqqında danışıb. O, gənclərin hüquqi biliklərə yiyələnməsinin onların vətəndaş cəmiyyətində daha aktiv rol oynamasına töhfə verdiyini vurğulayıb.
Digər xəbərlər