İlham Əliyev Qurban bayramı münasibətilə paylaşım ...
00:11 06.06.2025
0
0
0
“Şərq qapısı” qəzetinin əməkdaşı Ramiyə Əkbərovanın itkin şəhid İbrahim Vəlizadəyə həsr etdiyi “Murovdan gələn səda” kitabı çapdan çıxıb. Müəllifin sayca dördüncü kitabı olan bu nəşr Vətən müharibəsində qazanılan Zəfərin beşinci ildönümünə dəyərli töhfədir.
Şəhidin atası Səməd Vəliyevin düşüncə və arzuları əsasında qələmə alınan kitab İbrahim Vəlizadə haqqında yazılmış fikirlərlə yanaşı, fotoalbom formatında da təqdim olunur. Əsərin hər sətri oxucuda şəhidin həyat yolu barədə dolğun təsəvvür yaratmaqla yanaşı, Vətən sevgisinin incə təzahürlərini də əks etdirir.
Kitabda, həmçinin şəhidin valideynləri – Xurşud ana və Səməd atanın oğulları ilə bağlı illər öncə qurduqları arzular, onun haqqında yaşadıqları qürurlu xatirələr dərin hisslərlə oxucuya çatdırılır.
Rafiq TƏHMƏZ
Digər xəbərlər