NAXÇIVAN :

20 Aprel 2025, Bazar

"Multikulturalizmin önəmi və bu sahədə ölkəmizdə görülən tədbirlər” mövzusunda tədbir keçirilib

...

Şərur rayonunda rayon İcra Hakimiyyəti və  Dini İcmasının birgə təşkilatçılığı ilə keçirilən tədbirdən  əvvəl rayon Dini İcmasının foyesində kitab sərgisinə baxış olub. 
Tədbiri giriş sözü ilə açan Şərur Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Səfər Hüseynov əvvəlcə tədbir iştirakçılarına  Şərur rayonunda Multikulturalizm və Dini Məsələlər üzrə komissiyanın üzvlərini və sədrini təqdim edib. Bildirib ki, Multikulturalizm və Dini Məsələlər üzrə komissiya öz işini günün tələblərinə uyğun qurmalı, milli-mənəvi dəyərlərin qorunmasına və təbliğinə xüsusi diqqət yetirilməlidir.
Qeyd olunub ki, multikulturalizm, müasir cəmiyyətlərdə müxtəlif mədəniyyətlərin, etnik qruların və dinlərin harmoniya içində yaşamasını təmsil edən vacib bir anlayışdır. Multikulturalizmin əsas məqsədi, fərqli mədəniyyətlərin zənginliyindən faydalanaraq cəmiyyətin ümumi mədəni səviyyəsini və birlik hissini gücləndirməkdir.
Şərur rayon Dini İcmasının sədri məşədi Tahir Heydərzadə çıxış edərək bildirib ki, Şərur rayon Dini İcması muxtar resublikanın ən böyük icmalarından biridir. Dini icmanın tərkibində 1 imam, 6 imam naibi, 44 mütəvəlli olmaqla 51 kişi din xadimi, 66 qadın din xadimi, 5 texnii işçi olmaqla 122 üzvü vardır.
Tədbirdə komissiya üzvləri mövzu ətrafında çıxış edib, öz fikirlərini bildiriblər.
Sonda tədbir iştirakçılarına multikulturalizm mövzusunda qısametrajlı film nümayiş olub.

Nəşr edilib : 06.02.2025 19:00