Sədərək rayonunun bəzi ərazilərinə elektrik enerji...
17:48 22.04.2026
0
0
0
Muğanlı-İsmayıllı-Qəbələ avtomobil yolunun 0–8 kilometrlik hissəsində aprelin 24-də saat 07:00-dan 30 aprel 2026-cı il saat 24:00-dək təmir işləri aparılacaq.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) bildirilib ki, təmir müddəti ərzində qeyd olunan hissədə hər iki istiqamətdə nəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılacaq.
“Bu səbəbdən nəqliyyat vasitələrinin hərəkəti alternativ olaraq Muğanlı–Ağsu–Qaraməryəm–İsmayıllı marşrutu üzrə təmin ediləcək. Bağlanan ərazi boyunca yerləşən yaşayış məntəqələrinə vətəndaşların gediş-gəlişi üçün təmir aparılan hissədən təhlükəsiz keçid təmin olunacaq. Sürücülərdən xahiş olunur ki, qeyd olunan tarixlərdə hərəkət istiqamətlərinə uyğun olaraq əvvəlcədən planlama aparsınlar və alternativ yollardan istifadə etsinlər”, - deyə qurumun yaydığı məlumatda bildirilir.
Digər xəbərlər