Zəngilan şəhərində beşinci və altıncı yaşayış komp...
15:09 03.10.2024
0
0
0
Müdafiə Nazirliyinin rəhbərliyi Bakıda təşkil edilən "ADEX" 5-ci Yubiley Azərbaycan Beynəlxalq Müdafiə Sərgisində Çinin dövlət şirkəti ilə hərbi-texniki əməkdaşlığı müzakirə edib.
Bu barədə nazirlikdən məlumat verilib.
Bildirilib ki, müdafiə naziri general-polkovnik Zakir Həsənov “Dəqiq Avadanlıqların İdxalı və İxracı üzrə Çin Milli Korporasiyası”nın (“CPMIEC”) rəhbər heyəti ilə görüşüb. Görüşdə birgə hərbi-texniki əməkdaşlıq, eləcə də qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.
Digər xəbərlər