NAXÇIVAN :

27 Aprel 2025, Bazar

MSK bələdiyyə seçkilərində iştirak üçün beş partiyanın səlahiyyətli nümayəndəsini qeydə alıb

...

Azərbaycanda yanvarın 29-da keçirilməsi qərara alınan bələdiyyə seçkilərində beş partiyanın səlahiyyətli nümayəndəsi qeydə alınıb.

"Şərq qapısı" xəbər verir ki, bu barədə Mərkəzi Seçki Komissiyasının (MSK) iclasında müzakirə aparılıb.

MSK katibi Arifə Muxtarovanin təqdimatına əsasən Yeni Azərbaycan Partiyasının, Milli İstiqlal Partiyasının, Böyük Quruluş Partiyasının, Demokratik İslahatlar Partiyasının, Ümid Partiyasının səlahiyyətli nümayəndələri qeydə alınıb.

Qərar səsverməyə çıxarılaraq MSK üzvləri tərəfindən qəbul edilib.

Qeyd edək ki, Azərbaycanda bələdiyyə seçkiləri 2025-ci il yanvarın 29-na təyin edilib

Nəşr edilib : 09.12.2024 16:22