Naxçıvanda un məmulatları sexinin fəaliyyəti dayan...
18:26 10.01.2025
0
0
0
Moldova Prezidenti Maya Sandu "Azərbaycan Hava Yolları"na (AZAL) məxsus təyyarənin Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğraması nəticəsində həlak olanların ailələrinə başsağlığı verib.
"Şərq qapısı" xəbər verir ki, o, bu barədə "X" sosial şəbəkəsindəki səhifəsində yazıb.
"Qazaxıstanın Aktau şəhəri yaxınlığında "Azərbaycan Hava Yolları"na məxsus təyyarənin qəzaya uğraması bizi dərindən kədərləndirdi. Fikrimiz qurbanların, onların ailələri və zərərçəkənlərin yanındadır. Sağ qalanlara və xilasedicilərə güc diləyirik", - o bildirib.
Digər xəbərlər