NAXÇIVAN :

02 Iyun 2025, Bazar ertəsi

MN: Ermənistan tərəfi növbəti dəfə dezinformasiya yayıb

...

Mayın 30-da gecə saat 00:10-dan 01:00-dək Azərbaycan Ordusunun bölmələrinin guya Xəznəvar yaşayış məntəqəsi istiqamətində atəş açması nəticəsində yaşayış evinə ziyan dəyməsi və bir xırdabuynuzlu heyvanın tələf olması barədə Ermənistan Müdafiə Nazirliyinin yaydığı məlumat tamamilə yalandır.

"Şərq qapısı" xəbər verir ki, bu barədə Müdafiə Nazirliyinin Mətbuat və ictimaiyyətlə əlaqələr idarəsindən məlumat verilib.

“Bir daha bildiririk ki, Azərbaycan Ordusunun bölmələri mülki əhalini və mülki obyektləri heç zaman hədəf almır”, - deyə nazirliyin məlumatında qeyd edilib.

Nəşr edilib : 30.05.2025 12:46