NAXÇIVAN :

19 Aprel 2026, Bazar

MN: Ağdərədə istismar müddəti başa çatmış yararsız döyüş sursatları məhv ediləcək

...

Aprelin 6–10-da istismar müddəti başa çatmış və istifadəyə yararsız olan döyüş sursatlarının təhlükəsizlik qaydalarına riayət olunmaqla Ağdərə rayonu ərazisindəki təlim mərkəzində məhv edilməsi prosesi həyata keçiriləcək.

Bu barədə  Müdafiə Nazirliyinin (MN) mətbuat xidmətindən məlumat verilib.

“Partlayış səsləri ilə əlaqədar əhalini təşvişə düşməməyə çağırır və narahatlığa heç bir əsasın olmadığını diqqətə çatdırırıq”, - məlumatda deyilir.

Nəşr edilib : 06.04.2026 09:42