Türkiyədə AZAL təyyarəsinin qəzaya uğraması ilə ba...
23:13 27.12.2024
0
0
0
NAXÇIVAN :
28 Dekabr 2024, Şənbə
Milli Məclis “Söyüdlü (Zod) qızıl yatağının bərpası, kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında Saziş”in həyata keçirilməsinə icazə qaydalarını təsdiqləyib.
"Şərq qapısı" xəbər verir ki, bununla əlaqədar parlamentin bugünkü plenar iclasında müvafiq qanun layihəsi müzakirəyə çıxarılıb.
Bildirilib ki, saziş 2024-cü il dekabrın 10-da Bakı şəhərində “AzerGold” Qapalı Səhmdar Cəmiyyəti ilə “Asian Mining Holding FZ” LLC və AzerGold-un Ortaq Şirkəti arasında imzalanıb.
Sənəddə qeyd edilib ki, qanun qüvvəyə mindikdən sonra Saziş və Əlavələr Qanun olurlar. Sazişdə konkret surətdə başqa hallar göstərilməyibsə, Saziş və Əlavələr Sazişin qüvvədə olduğu müddət ərzində bu Sazişə və Əlavələrə uyğun gəlməyən və ya zidd olan Azərbaycan Respublikasının hər hansı başqa mövcud və ya qəbul oluna biləcək qanunlarının, fərmanlarının, yaxud inzibati sərəncamlarının (və ya onların hissələrinin) müddəalarından üstün tutulur.
Layihəyə əsasən, qanun qüvvəyə mindikdən sonra Sazişdə nəzərdə tutulan kontrakt sahəsinin istənilən hissəsi barəsində əvvəllər bağlanmış hər hansı saziş, kontrakt və ya bu cür başqa sənədlə verilə bilən bütün digər hüquq və vəzifələr ləğv edilir, habelə bu Qanun qüvvəyə mindikdən sonra Sazişin və Əlavələrin şərtlərinə müvafiq surətdə və qüvvədə olduğu müddət ərzində Sazişin pay iştirakçılarına kontrakt sahəsində işlər aparmaq üçün müstəsna hüquq verilir.
Sənəddə vurğulanıb ki, sazişdən irəli gələn hüquq və öhdəliklərin yerinə yetirilməsi üçün Sazişin iştirakçılarına bütün lazımi lisenziyalar, gömrük icazələri, vizalar, başqa səlahiyyətlər və sanksiyalar verilir.
Qanun layihəsi müzakirələrdən sonra qəbul edilib.
Digər xəbərlər