NAXÇIVAN :

22 Noyabr 2024, Cümə

MM sədri Ankarada törədilmiş terror aktı ilə əlaqədar TBMM sədrinə başsağlığı verib

...

Milli Məclisin sədri Sahibə Qafarova Ankarada törədilmiş terror aktı ilə əlaqədar Türkiyə Böyük Millət Məclisinin sədri Numan Kurtulmuşa başsağlığı verib.
Milli Məclisdən verilən xəbərə görə, Spiker TBMM sədrinə ünvanlandığı məktubunda Türk Aviasiya və Kosmik Sənaye Şirkətində törədilmiş terror aktı nəticəsində insanların həlak olması xəbərindən sarsıldığını və terror aktını şiddətlə qınadığını bildirib.
Parlamentin sədri, həlak olanların ailələrinə və yaxınlarına, qardaş Türkiyə xalqına şəxsən öz adından və Milli Məclisin deputatları adından dərin hüznlə başsağlığı verib və yaralananlara şəfa diləyib.

Nəşr edilib : 23.10.2024 22:20