NAXÇIVAN :

22 Aprel 2026, Çərşənbə

Mixeil Kavelaşvili: Gürcüstanda içməli suya çıxışı artırmaq üçün tədbirlər görülür

...

Gürcüstan hökuməti son on ildə qoruq ərazilərinin sahəsini əhəmiyyətli dərəcədə artırıb, bu da hazırda ölkə ərazisinin 13 faizini təşkil edir. Qorunan ekosistemlərin payı isə təxminən 23 faizdir. Məqsədimiz bu rəqəmi 2035-ci ilə qədər 30 faizə çatdırmaqdır.

"Şərq qapısı" xəbər verir ki, bu sözləri Gürcüstan Prezidenti Mixeil Kavelaşvili Astanada keçirilən regional ekoloji sammitdə çıxışında bildirib.

Onun sözlərinə görə, digər vacib prioritet su idarəçiliyi islahatlarıdır. Təhlükəsiz içməli suya çıxışı artırmaq və çirkab sularının təmizlənməsi qabiliyyətini artırmaq üçün Gürcüstanda infrastruktur sahələr sərmayə yatırılır ki, bu da çayları və təbii ekosistemləri daha effektiv şəkildə qorumağa imkan verəcək.

Nəşr edilib : 22.04.2026 14:57