NAXÇIVAN :

07 Dekabr 2025, Bazar

Mirzoyan: Ermənistanla Azərbaycan yekun sülh sazişinin imzalanması üzrə danışıqlar aparır

...

Ermənistanla Azərbaycan arasında yekun sülh sazişinin imzalanması ilə bağlı danışıqlar aparılır.
"Şərq qapısı" xəbər verir ki, bu barədə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili ilə görüşdə bildirib.

Nazir qeyd edib ki, Ermənistan və Azərbaycan arasında əldə olunan Vaşinqton razılaşması artıq bir sıra praktiki nəticələr gətirib.

Görüşdə Ermənistanla Türkiyə arasında münasibətlərdə pozitiv dinamika qeyd olunub. Bildirilib ki, Cənubi Qafqazda gərginlik dövrü başa çatıb və bölgəyə böyük fayda gətirəcək yeni imkanlar dövrü başlayır.

Nəşr edilib : 14.11.2025 14:55