Yeddi ayda dövlət büdcəsinin gəlirləri 23,6 milyar...
18:52 10.08.2026
0
0
0
Avqustun 12-si saat 15:00-dan etibarən müəllimlərin işə qəbulu (MİQ) üzrə müsabiqənin müddətsiz əmək müqaviləsi ilə ümumi vakansiya seçimi mərhələsinə başlanılacaq.
Bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən məlumat verilib. Bildirilib ki, namizədlər elektron ərizə formalarında maksimum 8 vakant yer seçə bilərlər. Vakant vəzifələrə yerləşdirmə namizədlərin seçim ardıcıllığı nəzərə alınmaqla həyata keçiriləcək.
Namizəd seçdiyi vakant yerə yerləşdirildikdən sonra həmin yerdən imtina edərsə, müsabiqənin növbəti vakansiya seçimi mərhələlərində iştirak hüququnu itirəcək.
Ümumi vakansiya seçimi mərhələsi avqustun 15-i saat 15:00-dək davam edəcək.
Qeyd edək ki, müəllimlərin işə qəbulu üzrə müsabiqənin faktiki yaşayış rayonuna uyğun olaraq həvəsləndirmə tədbirlərinin tətbiq olunduğu ümumi təhsil müəssisələri üzrə vakansiya seçimi mərhələsi avqustun 10-u saat 11:00-da başa çatıb.
Digər xəbərlər