Naxçıvan Muxtar Respublikasında noyabr ayının 27-n...
23:54 26.11.2024
0
0
0
NAXÇIVAN :
27 Noyabr 2024, Çərşənbə
Milli Məclis minatəmizləmə fəaliyyətinin həyata keçirilməsi üçün qiymətləndirmənin keçirilməsini birinci oxunuşda təsdiqləyib.
Bununla bağlı “Minatəmizləmə fəaliyyəti haqqında” yeni qanun layihəsi parlamentin bugünkü plenar iclasında müzakirəyə çıxarılıb.
Layihəyə əsasən, qiymətləndirməni minatəmizləmə fəaliyyəti fəaliyyət planına, tələblərə və standart əməliyyat prosedurlarına uyğun olaraq səlahiyyətli qurum, minatəmizləmə fəaliyyətinə cəlb olunan və bu qanun layihəsi ilə müəyyən edilmiş tələblərə cavab verən dövlət orqanları (qurumları), habelə fiziki və ya hüquqi şəxslər həyata keçirəcək.
Fəaliyyət planına əsasən minatəmizləmə fəaliyyətinə cəlb olunan dövlət orqanları tələblərə uyğun olmalarının qiymətləndirilməsi üçün həmin tələblərin mövcudluğunu təsdiq edən sənədlər əlavə edilməklə səlahiyyətli quruma müraciət etməlidirlər. Müraciətə daxil olduğu gündən 30 gün müddətində baxılacaq.
Qiymətləndirmənin aparılması qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan tərəfindən müəyyən ediləcək. Dövlət orqanlarının, fiziki və ya hüquqi şəxslərin müraciətləri əsasında səlahiyyətli qurum tərəfindən onların minatəmizləyənlərinə standart əməliyyat prosedurlarına dair müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan tərəfindən müəyyən edilən qaydada təlimlər keçirilcək və təlimlərin nəticəsində qiymətləndirmə aparılaraq sertifikat veriləcək.
Minatəmizləmə fəaliyyətinin həyata keçirilməsi üçün qiymətləndirmənin aparılmasına və təlimlərin keçirilməsinə görə fiziki və ya hüquqi şəxslər (dövlət mülkiyyətində olan və ya paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslər və dövlət adından yaradılan publik hüquqi şəxslər istisna olmaqla) tərəfindən səlahiyyətli quruma müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan tərəfindən müəyyən edilən məbləğdə haqq ödəniləcək.
Layihə səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul olunub.
Digər xəbərlər