Yel çərşənbəniz mübarək!
00:06 11.03.2025
0
0
0
"Şərq qapısı" xəbər verir ki, Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Milli Dram Teatrında Milli Teatr Günü münasibətilə tədbir keçirilib.
Əvvəlcə teatrın qarşısında açıq havada Naxçıvan Dövlət Kukla Teatrının tamaşa personajları – kuklalar və teatrın rəssamlarının işlərindən ibarət sərgiyə, teatrın foyesində isə teatr tarixinə aid fotoşəkillər və teatr geyimlərindən ibarət sərgiyə baxış keçirilib.
Tədbiri giriş sözü ilə açan Naxçıvan Muxtar Respublikası mədəniyyət nazirinin müavini, nazir vəzifəsinin icraçısı Həsən Seyidov bildirib ki, Azərbaycan Milli Teatrının yaranmasından 152 il ötür. Nazir müavini bu münasibətlə tədbir iştirakçılarını və teatr xadimlərini təbrik edib.
Bildirilib ki, Naxçıvan Muxtar Respublikasında teatrların fəaliyyətinə hərtərəfli dövlət qayğısı göstərilir. Hazırda muxtar respublikada fəaliyyət göstərən Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Milli Dram Teatrı, Məmməd Tağı Sidqi adına Naxçıvan Dövlət Kukla Teatrı, Naxçıvan Dövlət Uşaq Teatrı, 5 xalq teatrı tamaşaçıların mənəvi və estetik zövqlərinin formalaşmasında, onların asudə vaxtlarının mənalı təşkilində əhəmiyyətli rol oynayır.
Çıxışdan sonra nazir müavini Milli Teatr Günü münasibətilə Mədəniyyət Nazirliyi tabeliyində fəaliyyət göstərən teatr kollektivlərini nazirliyin Fəxri Fərmanı ilə təltif edib.
Tədbirin bədii hissəsində “Teatr çələngi” festivalı adlı kompozisiyanın və "Ölülər" tamaşasından bir parçanın nümayişi keçirilib.
Digər xəbərlər