Ölkənin əksər yerlərində yağıntılı və küləkli hava...
10:31 24.06.2025
0
0
0
Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin təşkilatçılığı ilə "Konstitusiya və Suverenlik İli" çərçivəsində 15 İyun – Milli Qurtuluş Gününə həsr olunmuş tibbi aksiya Ordubad Rayon Dırnıs Kənd Ailə Sağlamlıq Mərkəzində keçirilib.
Aksiya zamanı ginekologiya, nevrologiya, oftalmologiya, terapevtik və pediatriya sahələri üzrə ixtisaslaşmış həkimlər tərəfindən kənd sakinlərinə tibbi müayinələr və konsultasiyalar göstərilib.
Vətəndaşların sağlamlıq vəziyyəti qiymətləndirilib, profilaktik və zəruri müalicə tədbirləri ilə bağlı tövsiyələr verilib.
Qeyd edək ki, aksiyada, ümumilikdə, 60-a yaxın vətəndaş tibbi müayinədən keçirilib.
Digər xəbərlər