NAXÇIVAN :

16 Iyul 2025, Çərşənbə

Milli Müdafiə Universitetində NATO proqramı çərçivəsində treninqlər keçirilib

...

NATO-nun "Müdafiə təhsilinin genişlənməsi proqramı" (DEEP) çərçivəsində Müdafiə Nazirliyinin (MN) Milli Müdafiə Universitetində treninqlər təşkil olunub.

"Şərq qapısı" xəbər verir ki, MN-in Mətbuat və ictimaiyyətlə əlaqələr idarəsindən verilən məlumata görə, alyansın nümayəndə heyəti ilə keçirilən görüş zamanı hərbi təhsil sahəsində əməkdaşlığın inkişaf perspektivlərinə dair ətraflı fikir mübadiləsi aparılıb. NATO ilə əməkdaşlıq çərçivəsində təşkil edilən görüşlərin hər iki tərəf üçün səmərəli olduğu bildirilib.

Daha sonra hərbi təhsil üzrə mütəxəssislərimizin iştirakı ilə “Təhsildə keyfiyyətə nəzarət mexanizminin yaradılması və icra olunması” mövzusunda treninqlər keçirilib.

Nəşr edilib : 03.07.2025 14:27