Azərbaycan güləşçisi fransalı rəqibini məğlub edər...
22:45 10.03.2025
0
0
0
NAXÇIVAN :
10 Mart 2025, Bazar ertəsi
Milli Məclisin sədri Sahibə Qafarova Gürcüstana rəsmi səfəri çərçivəsində martın 10-da bu ölkə parlamentinin sədri Şalva Papuaşvili ilə görüşüb.
"Şərq qapısı" xəbər verir ki, Parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən bildiriblər ki, görüşdə Şalva Papuaşvili bu səfərin Gürcüstanda keçirilən parlament seçkilərindən və yeni çağırış parlamentin fəaliyyətə başlamasından sonra qanunverici orqanın rəhbəri səviyyəsində ilk rəsmi səfər olduğunu bildirib. O, bunu ölkələrimiz arasında yüksək səviyyəli dostluq münasibətlərinin göstəricisi kimi qiymətləndirib.
Ş.Papuaşvili Azərbaycana səfərlərini məmnunluqla xatırlayaraq deyib ki, intensiv səfərlər və sıx qarşılıqlı təmaslar münasibətlərin daha da genişlənməsini şərtləndirib. O, ölkəmizin Gürcüstana verdiyi dəstəyə görə Azərbaycan hökumətinə təşəkkür edib.
Sahibə Qafarova Gürcüstan parlamentinə keçirilən seçkilər və yenidən parlamentin spikeri seçilməsi münasibətilə təbriklərini çatdırıb. O, keçirilən görüşlərin əlaqələrin daha da genişlənməsinə töhfə verəcəyinə inamını ifadə edib.
Azərbaycan ilə Gürcüstanın dost və tərəfdaş ölkələr olduğunu söyləyən Milli Məclisin sədri deyib ki, bu dostluq münasibətləri, ilk növbədə, xalqlarımızın iradəsindən qaynaqlanır. Xalqlarımız əsrlər boyu bir yerdə olub, dostluq, qardaşlıq, mehriban qonşuluq şəraitində yaşayıblar. Azərbaycan Prezidenti İlham Əliyevin də qeyd etdiyi kimi, Azərbaycanla Gürcüstan arasındakı siyasi əlaqələr bütün qonşular üçün nümunə ola bilər.
Qeyd olunub ki, Azərbaycan-Gürcüstan dostluğu və strateji tərəfdaşlığı böyük enerji və nəqliyyat layihələrinin həyata keçirilməsinə imkan yaradıb. Bu layihələr xalqlarımızın mənafelərinə xidmət edib, Cənubi Qafqazın sabitliyinə, inkişafına töhfə verib.
Ölkələrimizin və xalqlarımızın bir-birinə qarşılıqlı dəstəyi və həmrəyliyi də xüsusi qeyd edilib.
Görüşdə dost və qonşu ölkələrimiz arasında yüksək səviyyəli münasibətlərin parlamentlər müstəvisində də uğurla davam etdirildiyi qeyd olunub. Vurğulanıb ki, parlamentlərarası əlaqələr Azərbaycan ilə Gürcüstan arasında ikitərəfli və çoxtərəfli münasibətlərin mühüm tərkib hissələrindən biridir və bu gün qanunverici orqanlarımız arasında həqiqətən çox səmərəli əməkdaşlıq qurulub. Azərbaycan və Gürcüstan parlamentarilərinin beynəlxalq platformalarda bir-birinə qarşılıqlı dəstəyinin və birgə fəaliyyətinin əhəmiyyəti qeyd olunub.
Söhbət zamanı, həmçinin regionda vəziyyət, sülh və sabitliyin təmin olunmasının vacibliyi, eyni zamanda, qarşılıqlı maraq doğuran digər məsələlər barədə fikir mübadiləsi aparılıb.
Görüşdən sonra Milli Məclisin sədri Sahibə Qafarova Xatirə kitabını imzalayıb.
Digər xəbərlər