Naxçıvan Muxtar Respublikasında Qurban bayramı mün...
09:30 06.06.2025
0
0
0
Milli Məclisin sədri Sahibə Qafarova Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Numan Kurtulmuşa yenidən TBMM sədri vəzifəsinə seçilməsi münasibətilə təbrik məktubu ünvanlayıb.
Parlamentin Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib ki, S.Qafarova Numan Kurtulmuşu yenidən yüksək vəzifəyə seçilməsi münasibətilə öz adından və Milli Məclisin deputatları adından təbrik edərək, ona ən xoş arzularını çatdırıb.
Məktubda bildirilir ki, qardaş xalqlarımızın ortaq milli-mənəvi dəyərlərinə əsaslanan Azərbaycan-Türkiyə dostluq və qardaşlıq münasibətlərinin mövcud səviyyəsi məmnunluq doğurur. Dövlətlərarası münasibətlərimiz "Bir millət, iki dövlət" şüarına uyğun olaraq bütün sahələrdə, o cümlədən parlamentlərarası əməkdaşlıq müstəvisində dinamik şəkildə inkişaf edir.
Bu gün, həmçinin parlamentin sədri Sahibə Qafarovanın Numan Kurtulmuşla telefon danışığı olub.
Telefon danışığı zamanı Milli Məclisin sədri TBMM-in sədrini bir daha təbrik edərək, ona gələcək fəaliyyətində uğurlar arzulayıb.
Türkiyə Böyük Millət Məclisinin sədri təbriklərə və xoş sözlərə görə təşəkkürünü bildirib, TBMM ilə Milli Məclis arasında əlaqələrin bundan sonra da yüksələn xətlə inkişaf etməsi üçün səylərini əsirgəməyəcəyini ifadə edib.
Digər xəbərlər