TÜRKPA-nın yeni Baş katibinin adı açıqlanıb
23:24 12.06.2025
0
0
0
İyunun 11-də Milli Məclisin sədri Sahibə Qafarova Astanada Türk Dövlətləri Parlament Assambleyasının XIV plenar iclası çərçivəsində Özbəkistan Respublikası Ali Məclisinin Qanunverici Palatasının sədri Nurdinjon İsmoilov ilə görüşüb.
"Şərq qapısı" xəbər verir ki, bu barədə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsi məlumat yayıb.
Görüşdə dost ölkələrimiz arasında münasibətlərin yüksək səviyyəsindən razılıq ifadə olunaraq, Azərbaycanla Özbəkistanın bir çox sahələrdə uğurla əməkdaşlıq etdiyi qeyd edilib. Münasibətlərin hazırkı yüksək səviyyəyə çatmasında iki ölkənin dövlət başçılarının mühüm rolu diqqətə çatdırılaraq bildirilib ki, ali və yüksəksəviyyəli qarşılıqlı səfərlər, sıx təmaslar dost və qardaş ölkələrimiz arasında əlaqələrin yeni mərhələyə daxil olmasını şərtləndirib.
Qeyd edilib ki, qanunverici orqanlarımız arasında əlaqələrin genişlənməsi ikitərəfli münasibətlərin inkişafına töhfə verir. Milli Məclisin Özbəkistan parlamentinin hər iki palatası ilə əlaqələrinin yüksək səviyyədə olduğu vurğulanıb.
Spiker Sahibə Qafarova özünün Özbəkistana, qarşı tərəfin qanunverici orqanlarının rəhbərlərinin isə ölkəmizə səfərlərini məmnunluqla xatırladaraq, bu sahədə müsbət dinamikanın olduğunu deyib. Vurğulanıb ki, parlamentarilərimiz həm ikitərəfli əsasda, həm də beynəlxalq təşkilatlarda uğurla əməkdaşlıq edirlər.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər barədə də fikir mübadiləsi aparılıb.
Digər xəbərlər