NAXÇIVAN :

29 Aprel 2025, Çərşənbə axşamı

Milli Məclisin sədri İranın İslam Şurası Məclisinin sədrinə başsağlığı verib

...

Azərbaycan Respublikası Milli Məclisinin sədri Sahibə Qafarova İran İslam Respublikası İslam Şurası Məclisinin sədri Baqer Qalibafa başsağlığı məktubu ünvanlayıb.
Bu barədə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Qeyd edilib ki, parlamentin sədri məktubda İranın Bəndər Abbas şəhərindəki Şəhid Rəcai limanında baş vermiş partlayış nəticəsində insanların həlak olması və yaralanması ilə əlaqədar kədərləndiyini bildirib. Spiker İran İslam Respublikası İslam Şurası Məclisinin sədrinə, həlak olanların ailələrinə və yaxınlarına, bütün İran xalqına öz adından və Azərbaycan Respublikası Milli Məclisinin deputatları adından dərin hüznlə başsağlığı verib, həlak olanlara Allahdan rəhmət diləyib, yaralananların tezliklə sağalmasını arzulayıb.

Nəşr edilib : 28.04.2025 20:09