İran Ermənistanla energetika sahəsində əməkdaşlığı...
23:43 30.07.2026
0
0
0
NAXÇIVAN :
31 Iyul 2026, Cümə
Milli Məclisin sədri Sahibə Qafarova iyulun 30-da Efiopiya Federativ Demokratik Respublikasına rəsmi səfəri çərçivəsində Afrika ölkələrinin və dünyanın digər regionlarından olan ölkələrin Əddis-Əbəbədəki səfirləri ilə görüşüb.
Parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, tədbirdə çıxış edən Milli Məclisin sədri bildirib ki, müasir dövrdə çoxtərəfliliyin gücləndirilməsi onun yeni qlobal reallıqlara uyğunlaşdırılmasını tələb edir. Onun sözlərinə görə, parlamentlər bu prosesin əsas hərəkətverici qüvvələrindən birinə çevrilməlidir. Məhz parlamentlər vətəndaşların gözləntilərini dövlət siyasətinə çevirən, şəffaflığı, inklüzivliyi və ictimai etimadı möhkəmləndirən əsas təsisatlardır.
Milli Məclisin sədri çıxışında dəyişən dünyada Afrikanın rolu, parlament diplomatiyasının əhəmiyyəti, dünyanın ən böyük beynəlxalq parlament təşkilatı olan Parlamentlərarası İttifaqın (PAİ) fəaliyyəti, onun gələcəyi, Afrika Gündəliyi - 2063 barədə fikirlərini bölüşüb. O, PAİ-nin fəaliyyətindən danışaraq bildirib ki, bu təşkilat dünya parlamentlərini bir araya gətirən çoxtərəfli siyasi platforma kimi dialoqun, demokratiyanın və parlamentlərarası əməkdaşlığın inkişafında mühüm rol oynayır.
Söhbət zamanı Azərbaycanın və Afrika ölkələrinin beynəlxalq parlament təşkilatlarında iştirakı, Afrikanın inkişafı və dünyada yeri, Azərbaycanın Qoşulmama Hərəkatı Parlament Şəbəkəsində əldə etdiyi nailiyyətlər, Bakıda keçirilmiş COP29-un nəticələri və digər mövzularda fikir mübadiləsi aparılıb.
Digər xəbərlər