NAXÇIVAN :

09 Noyabr 2026, Bazar ertəsi

Milli Məclisin kollektivi Zəfər parkını ziyarət edib

...

Noyabrın 8-də Milli Məclis sədrinin birinci müavini Əli Əhmədov, sədr müavinləri Ziyafət Əsgərov, Musa Qasımlı, parlamentin komitə sədrləri, deputatlar, Milli Məclis Aparatının rəhbəri Fərid Hacıyev və digər rəhbər şəxslər 8 noyabr – Zəfər Günü münasibətilə Zəfər parkını ziyarət ediblər.
Bu barədə Parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Bildirilib ki, Milli Məclisin kollektivi parkdakı Zəfər abidəsinin önünə tər güllər düzüblər.

Nəşr edilib : 08.11.2026 14:16