NAXÇIVAN :

27 Noyabr 2024, Çərşənbə

Milli Məclis gələn il üçün yaşayış minimumunu və ehtiyac meyarını I oxunuşda qəbul edib

...

Milli Məclisin bu gün keçirilən iclasında “2025-ci il üçün yaşayış minimumu haqqında” qanun layihəsi I oxunuşda müzakirəyə çıxarılaraq qəbul edilib.

"Şərq qapısı" xəbər verir ki, layihədə 2025-ci il üçün yaşayış minimumu ölkə üzrə 285 manat, əmək qabiliyyətli əhali üçün 305 manat, pensiyaçılar üçün 232 manat, uşaqlar üçün 246 manat məbləğində müəyyən olunub.

Yaşayış minimumuna paralel olaraq gələn il üçün ehtiyac meyarı da 285 manat olmaqla təsdiqlənib.

Nəşr edilib : 27.11.2024 13:24