NAXÇIVAN :

27 Noyabr 2024, Çərşənbə

Milli Məclis DSMF-nin 2025-ci il büdcəsi haqqında qanun layihəsini birinci oxunuşda təsdiqləyib

...

Milli Məclis Dövlət Sosial Müdafiə Fondunun (DSMF) 2025-ci il büdcəsi haqqında qanun layihəsini birinci oxunuşda təsdiqləyib.

"Şərq qapısı" xəbər verir ki, qanun layihəsi Milli Məclisin noyabrın 27-də keçirilən plenar iclasında müzakirəyə çıxarılıb.

Qanun layihəsinə əsasən, Dövlət Sosial Müdafiə Fondunun 2025-ci il büdcəsinin gəlir və xərcləri 7 676 420 000,0 manat məbləğində proqnozlaşdırılır.

Nəşr edilib : 27.11.2024 13:26