NAXÇIVAN :

19 Aprel 2026, Bazar

“Meyvələrin söhbəti” kompozisiyası maraqla qarşılanıb

...

A.Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanasında “Yayın sehrli səhifələri” layihəsinin ilk master-klası olan, böyük Azərbaycan şairi Füzulinin “Meyvələrin söhbəti” əsəri əsasında hazırlanmış səhnələşdirilmiş uşaq kompozisiyası tədbir iştirakçıları tərəfindən maraqla qarşılanıb.

"Şərq qapısı" xəbər verir ki,  tədbiri giriş sözü ilə açan Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin əməkdaşı, “Yayın sehrli səhifələri” layihəsinin rəhbəri Aygün Heydərli layihənin məqsədindən və əhəmiyyətindən söz açıb. Sonra kitabxananın əməkdaşı Xədicə Hüseynova Füzulinin yaradıcılığı haqqında qısa və maarifləndirici təqdimatla çıxış edib.
Tədbirdə uşaqlar meyvələrin obrazlarını canlandıraraq sağlamlıq, birlik və dostluq haqqında mesajlar verdilər. Balacaların səhnə çıxışları həm bilik, həm də əyləncə dolu anlarla yadda qalıb. Tədbirin sonunda uşaqlar üçün təşkil olunmuş meyvə süfrəsi ətrafında əyləncəli istirahət anları yaşanıb.

Tədbirin sonunda kitabxananın direktoru çıxış edərək təşkilati dəstəyə görə gənc rəssam, müəllim Aytən Quliyevaya təşəkkürünü bildirib.

Nəşr edilib : 03.07.2025 10:46