DİN: Cinayət törətməkdə şübhəli bilinən 51 nəfər s...
12:00 27.08.2026
0
0
0
Meksikanın paytaxtı Mexikonun mərkəzində yerləşən Tlaskvake meydanında şəhərin C5 İdarəetmə, Nəzarət, Rabitə və Vətəndaşlarla Əlaqə Mərkəzinə inteqrasiya olunmuş müasir videomüşahidə sistemi istifadəyə verilib.
"Şərq qapısı" xəbər verir ki, yeni sistem meydanın və ətraf ərazinin təhlükəsizliyinin artırılmasına, ictimai asayişin qorunmasına və mümkün insidentlərə daha operativ müdaxiləyə xidmət edəcək.
Meydanda Xocalı faciəsi qurbanlarının xatirəsinə ucaldılmış Xocalı abidəsi yerləşir. Abidə Azərbaycanın dəstəyi ilə həyata keçirilən meydanın yenidən qurulması layihəsi çərçivəsində 2012-ci ildə ucaldılıb.
Videomüşahidə sisteminin istifadəyə verilməsi mərasimində Azərbaycanın Meksikadakı səfiri Seymur Fətəliyev və Mexiko şəhərinin C5 İdarəetmə Mərkəzinin rəhbəri Xose Salvador Gerrero Çipres iştirak ediblər.
Yeni təhlükəsizlik sisteminin işə salınması Azərbaycanın Meksikadakı səfirliyi ilə bu ölkənin təhlükəsizlik strukturları arasındakı sıx əməkdaşlığın nəticəsi kimi qiymətləndirilir.
Mexiko şəhərinin C5 İdarəetmə Mərkəzinin rəhbəri Xose Salvador Gerrero Çipres tədbirlə bağlı sosial şəbəkə səhifələrində paylaşım edib.
Digər xəbərlər