NAXÇIVAN :

12 Dekabr 2024, Cümə axşamı

Məşqçilərin yarış barədə fikirləri

...

Naxçıvan Muxtar Respublikasının 100 illiyinə həsr olunmuş yeniyetmə qızlar arasında keçirilən “Muxtariyyət kuboku”nda Azərbaycanın müxtəlif regionları ilə yanaşı, Türkiyənin İğdır və Əskişəhər qız voleybol klubları da kubokda iştirak edib.  
Yarışda iştirak edən İğdır Gənclik Mərkəzinin İğdır idman klubunun məşqçisi Nedim Akkuş öz təəssüratlarını “Şərq qapısı” ilə bölüşüb: "Naxçıvan şəhərinə dünən axşam gəldik. Bizi çox yaxşı qarşıladılar, bunun üçün hər kəsə təşəkkürümü bildirirəm. Naxçıvan şəhərini tam gəzmək fürsəti əldə edə bilmədik. Oyundan sonra şəhəri gəzintiyə çıxacağıq. Naxçıvandakı yarışlarımızda güclü komandalarla qarşılaşacağıq və qələbə uğrunda mübarizə aparacağıq".

Digər həmsöhbətimiz isə Əskişəhər “DSİ BENTSPOR” qız voleybol klubunun baş məşqçisi Kazım Tokat oldu: "Dünən axşam Naxçıvan şəhərini gömrüyündə bizi çox yaxşı qarşıladılar. Gömrükdən hotelə getdik. Azərbaycan klublarının məşqçiləri, təşkilatçılar bizimlə yaxından maraqlandılar. Mən ilk dəfədir, Naxçıvan şəhərinə gəlirəm. Burada olmaqdan çox xoşbəxtəm. Bu gün iki oyunumuz olacaq. Şəhəri gəzmək fürsətimiz olmadı. Amma Naxçıvanda duz mağarası, Şəhidlər xiyabanı kimi yerlərə getməyi planlaşdırırıq. Bizim klubun qız oyunçuları 2009-2011-ci il təvəllüdlülərdir. Hələ yaşları çox balacadır. Əskişəhərdən 12 oyunçu, 2 məşqçi və bir qrup rəhbəri ilə gəldik. Naxçıvan şəhəri çox təmiz və sakit, əhalisi isə çox dürüst, mədəni insanlardır. Üstəlik, sizin kimi diqqət göstərən mətbuatı gördükcə insan daha çox sevinir. Sizə gələcək işlərinizdə uğurlar arzu edirəm, çox sağ olun".

Rafiq TƏHMƏZ

Nəşr edilib : 04.09.2024 18:24