Məhəmməd Əmin Rəsulzadənin anadan olmasından 141 i...
00:11 31.01.2025
0
0
0
Ordubad şəhəri H.Əliyev prospektində fəaliyyət göstərən “Melisa” restoranında Agentliyin əməkdaşları tərəfindən planlı yoxlama keçirilib.
"Şərq qapısı" xəbər verir ki, yoxlama zamanı normativ tələblərin pozulduğu məlum olub. Belə ki, məhsulların müvafiq temperaturda saxlanması və emalı üçün şəraitin təmin edilmədiyi, temperaturun monitorinqi və qeydiyyatının aparılmadığı, işçilərin tibbi müayinədən keçmədiyi və şəxsi gigiyena qaydalarına əməl etmədiyi və digər nöqsanlar aşkar edilib. Faktla bağlı sahibkar barəsində protokol tərtib edilib, istehlaka yararsız dönər məhsulunun satışı dayandırılaraq restoranın fəaliyyəti məhdudlaşdırılıb.
Digər xəbərlər