NAXÇIVAN :

16 Oktyabr 2024, Çərşənbə

“Məktəbli“ qəzeti 10-cu Bakı Beynəlxalq Kitab Sərgisində təmsil olunur

...

Oktyabrın 2-də Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Bakı Ekspo Mərkəzində 10-cu Bakı Beynəlxalq Kitab Sərgisi açılıb.

Builki yubiley sərgisi dahi Azərbaycan şairi və mütəfəkkiri Məhəmməd Füzulinin (1494-1556) anadan olmasının 530 illiyinə həsr edilib. Sərgidə 4 qitəni təmsil edən 18 ölkədən 56 xarici təşkilat, 110 yerli nəşriyyat-poliqrafiya və kitab sənəti ilə əlaqəli müəssisə iştirak edir.

Builki sərgidə Azərbaycanla yanaşı, Türkiyə, İtaliya, Çin, Rusiya, Koreya Respublikası, Macarıstan, Qazaxıstan, Qətər, Özbəkistan, Oman, Argentina, Mərakeş, Venesuela, Gürcüstan, Meksika, Kolumbiya, Çili və Monqolustandan tanınmış yazıçı və şairlər, elm adamları, gənc yazarlar iştirak edirlər.

Beynəlxalq Kitab Sərgisi çərçivəsində Naxçıvan Muxtar Respublikasında uşaq və yeniyetmələr üçün dərc olunan “Məktəbli” və “Qlimmer news” qəzetləri də təmsil olunur. “Çinar Yayımları” nəşriyyat şirkətinin sponsorluğu ilə qəzetin bir çox sayları məktəblilərə ödənişsiz olaraq paylanılıb.

Qısa müddətdə məktəblilərin sevimli platformasına çevrilən və yüksək poliqrafik keyfiyyətdə nəşr olunan qəzet iştirakçılar tərəfindən maraqla qarşılanıb.

Qeyd edək ki, sərgi oktyabrın 8-dək davam edəcək.

Nəşr edilib : 04.10.2024 17:25